2023-cü ilin yavar-aprel aylarıda Almaniya Azərbaycandan 165,677 milyon avro (azalma 2,8 dəfə) dəyərində 269,523 min ton neft (2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə azalma 2,5 dəfə) idxal edib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsindən (Destatis) məlumat verilib.
Məlumata görə, Almaniya yanvarda Azərbaycandan 42,713 milyon avro dəyərində 69,573 min ton, fevralda 80,579 milyon avro dəyərində 130,155 min ton, martda 26,917 milyon avro dəyərində 43,466 min ton neft, apreldə 15,468 milyo avro dəyərində 26,329 min ton neft idxal edib.**
R.Kərimov