Pakistanın baş naziri Şahbaz Şərif Bakıya səfəri zamanı Azərbaycan rəhbərliyi ilə ticarət, enerji, bankişi və maliyyə xidmətləri sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcək.
"Azərbaycana səfər hökumətimizin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin qurulması siyasətinin bir hissəsidir.Ppreferensial ticarət sazişinin bağlanmasının sürətləndirilməsi ilə bağlı danışıqlardan əlavə enerji, bank işi, maliyyə xidmətləri və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanları açmaq məqsədilə Azərbaycan rəhbərliyi ilə mühüm danışıqlar aparacağam", - Şərif Twitter-də yazıb.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Pakistanın baş naziri Şahbaz Şərif Bakıya səfər edəcək. Səfər 14-15 iyun tarixlərində baş tutacaq. **
B.Rüstəmbəyov