Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif çərşənbə günü Azərbaycana rəsmi səfərə gəlib.
“Pakistanın baş naziri Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü”, - Azərbaycan prezidentinin saytında məlumat verilir..
Pakistanın baş nazirini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar. **
B.Rüstəmbəyov