Azərbaycan və Pakistan ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsi üçün yeni əməkdaşlıq proqramı işləyib hazırlayacaq. Bunu Prezident İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə danışıqlar zamanı deyib.
“Bu gün biz ticarət və iqtisadi əməkdaşlığımıza, enerjiyə, daşımalara, müdafiə sənayesinə aid mühüm məsələləri geniş şəkildə müzakirə etdik.Əminəm ki, səfər nəticəsində müxtəlif sahələr üzrə yeni əməkdaşlıq proqramını işləyib hazırlayacağıq və o, bizim tərəfdaşlığımızı daha da gücləndirəcək”, - deyə dövlət başçısı bildirib.*
R.Əhmədov