Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi İslamabada səfərə dəvət edib.
“Sizin İslamabada səfərinizi gözləyirəm. Mən artıq Xarici İşlər Nazirliyinə göstəriş vermişəm ki, tarixlərlə bağlı danışıqlar aparılsın”, - deyə Şərif iyunun 15-də Azərbaycan Prezidenti ilə mətbuata bəyanatında bildirib.
Onun sözlərinə görə, Pakistan Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırır. “Biz Azərbaycanla xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırırıq. Burada heç bir sirr yoxdur, çünki nəticə etibarilə bu, regionda sülhün təmin edilməsinə xidmət edir. Sizin nümayəndə heyətinizi İslamabadda gözləyirik”, - deyə o qeyd edib.
Şərif əlavə edib ki, iqtisadiyyat, ticarət, investisiya, neft və qaz, neft-kimya, bərpa olunan enerji mənbələri sahəsində layihələri müzakirə etmək üçün Azərbaycan nümayəndə heyətini də İslamabadda gözləyirlər.*
A.Əzizov