İslamabad və Bakı iyul ayından etibarən Pakistana “daha ucuz qiymətə” mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair razılığa gəlib.
Cümə günü Pakistanın Dawn nəşri baş nazir Şahbaz Şərifin dəftərxanasına istinadən məlumat verir ki, 14-15 iyun atrixlərində Şərifin Azərbaycana səfəri zamanı müvafiq razılıq əldə olunub.
“Baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və bu görüş zamanı gələn aydan etibarən Pakistana LNG tədarükünə başlanmasına dair qərar qəbul olunub”, - nəşr Pakistanın baş nazirinin dəftərxanasının bəyanatından sitat gətirir.
Dawn yazır ki, Pakistana hər ay güzəştli qiymətlə bir yük LNG tədarük olunacaq.
Eyni zamanda, nəşr tədarükün həcmini dəqiqləşdirmir.
Xəbər verildiyi kimi, Pakistan hökuməti yanında İqtisadi Əlaqələndirmə Komitəsi (The Economic Coordination Committee/ECC) çərşənbə günü “Pakistan LNG Limited” (PLL) və SOCAR şirkətləri arasında LNG alışına dair çərçivə sazişinin imzalanmasını təsdiqləyib. **
R.Kərimov