Azərbaycan 2023-cü ilin yanvar-aprel aylarında $19 milyon 892,32 min dəyərində AI-92 markalı avtomobil benzini ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə ixracın həcmi 28 min 213,5 ton təşkil edib. Yanacağın bütün həcmi Türkiyəyə ixrac edilib”, - Komitədən bildirilir.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycan AI-92 markalı benzin ixrac etməyib.
Eyni zamnada, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan $1 milyon 165,63 min (azalma 98,4% - İF) dəyərində 2 min 899,58 ton AI-92 markalı avtomobil benzini (azalma 96,9% - İF) idxal edib.
Hesabat dövründə idxalın bütün həcmi Rusiyanın payına düşüb.
Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə $27 milyon 869,19 min dəyərində (azalma 12,4%) 30 min 753,72 ton yanacaq (azalma 41,9%) ixrac edib. Yanacağın bütün həcmi BƏƏ-yə ixrac edilib.
2022-ci il ərzində Azərbaycana AI-92 markalı avtomobil benzinin idxalı 223 milyon 456,8 min manat dəyərində 198 min 790,13 ton təşkil edib. 2021-ci ildə idxal həyata keçirilməyib.
Azərbaycanda АI-92 markalı avtomobil benzini yalnız Bakı Neft Emalı Zavodunda (BNEZ) istehsal olunur.**
N.Abbasova