Milli Məclisin cümə günü keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdən Sığorta Fondunun büdcələrinin parametrlərində dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir ki, dəyişikliklərə əsasən, 2023-cü ildə DSMF-nin gəlir və xərcləri 4 milyon manat – 6 milyard 267,97 milyon manatadək, yəni 0,5% artırılır.
Düzəlişlərə əsasən, 2023-cü ildə İşsizlikdən Sığorta Fondunun kəsirsiz gəlir və xərcləri 5 milyon manat – 217 milyon 668 min 344,5 manat, yəni 2,3% artırılır.
İşsizlikdən Sığorta Fondunun büdcəsinə düzəlişlər işsizliyə görə sığorta ödənişləri yönəldilən vəsaitin 2,5 milyon manat – 13,5 milyon manatadək artırılmasını nəzərdə tutur, qalanı digər maddələrin payına düşür.
Həmçinin, peşə hazırlığı və əlavə təhsilin təşkilinə yönəldilən xərclər 22 milyon manatdan 20 milyon manatadək azaldılır. **
R.Əhmədov