Nazirlər Kabineti “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların vətexnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda dəyişiklik edib.
“İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən verilən məlumata görə, hökumətin qərarına əsasən, kənd təsərrüfatı və ya bağçılıq üçün: daşınan qurğular; kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər: səpələnən materiallar üçün; kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər: digərləri; samanın tədarükü üçün digər maşınlar; taxılyığan kombaynlar; digər taxıl döyümü maşınları və ya mexanizmləri ƏDV-dən azad olunur.
Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. **
R.Əhmədov