Böyük Britaniyanın sabiq baş naziri Boris Conson “Daily Mail” nəşrində işə başlayacaq. Bu barədə Sky News telekanalı məlumat verir.
Məlumata əsasən, Consonun həftəlik rubrikası olacaq.
Cümə günü Daily Mail həqiqətən maraqlı yeni bir müəllifinin olacağına işarə edib: nəşr özünün əsas səhifəsində şənbə günündən etibarən redaksiyada məqalələri «Vestminsterdə oxunması məcburi olacaq» «yeni erudisiyalı icmalçının” işləyəcəyi barədə məlumat dərc edib.
Conson 2019-cu ildən 2022-ci ilə qədər baş nazir vəzifəsində çalışıb, bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri olub. **