2023-cü ilin yanvar-may aylarında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 3 ton 765,317 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən götürülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Dövriyyədən çıxarılmış narkotik vasitələrin dəyəri 157,555 milyon manat ($92,68 milyon) kimi qiymətləndirilir.**
R.Kərimov