2023-cü ilin yanvar-may aylarında Azərbaycana $611 milyon 967,91 min dəyərində (artım 65,6%) 40 264 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə idxal edilən avtomobillərin sayı 40,4% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $549 milyon 138,25 min dəyərində (artım 2 dəfə) 37 394 ədəd avtomobil (artım 41,6%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $34 milyon 383,38 min dəyərində 812 ədəd elektrokar və $125 milyon 575,06 min dəyərində и 5 884 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $39 milyon 490,25 min dəyərində (artım 1,5%) 2 633 ədəd motorlu nəqliyyat vasitəsi (artım 42,2%), o cümlədən $19 milyon 222,78 min dəyərində 176 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 35.4%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $4 milyon 116,65 min dəyərində 61 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 79,1%) gətirilib.
2022-ci ildə Azərbaycana $1 milyard 57 milyon 792,37 min dəyərində 74,577 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
B.Rüstəmbəyov