Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahının istifadəsi imkanlarına mənfi yanaşdığını bəyan edib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar sessiyası zamanı moderator Putindən nüvə məhdudlaşdırma amili kimi taktiki nüvə silahının istifadəsinin mümkünlüyü ideyasına münasibətini soruşub.
“Mənfi”, - deyə Putin reaksiya verib.
O xatırladıb ki, Rusiya nüvə silahından ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə və dövlətin özünə təhlükə halında istifadə edə bilər.
"Nüvə silahı, sözün ən geniş mənasında, təhlükəsizliyimizi və Rusiya dövlətinin mövcudluğunu təmin etmək üçün yaradılır. Lakin, birincisi, bizim buna ehtiyacımız yoxdur, ikincisi isə, bu mövzuda müzakirələrin özü artıq silah istifadəsinin həddini azaltmaq imkanını azaldır", - Putin izah edib. **