Vaşinqton RF-nin taktiki nüvə silahının (TNS) Belarusa göndərilməsi ilə əlaqədar öz nüvə qüvvələrinin yerləşdirilməsi sxemində dəyişiklik etmək üçün heç bir səbəb görmür. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken cümə günü bəyan edib.
"Biz vəziyyətin inkişafını diqqətlə izləməyə davam edəcəyik. Nüvə qüvvələrimizin konfiqurasiyasını dəyişmək üçün heç bir səbəbimiz yoxdur", - deyə o, Sinqapurun xarici işlər naziri Vivian Balakrişnanla keçirdiyi mətbuat konfransında bildirib.
Blinken vurğulayıb ki, ABŞ üçün NATO ərazisinin müdafiəsi prioritet olaraq qalır. **