Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Kuba Respublikasına səfəri baş tutub.Bu barədə XİN-dən məlumat verilir.
Səfər zamanı F.Rzayev Kubanın xarici işlər naziri Bruno Rodriqez Parriya, xarici işlər nazirinin müavini Anayansi Rodriqez Kamexo və xarici ticarət və sərmayə nazirinin birinci müavini Ana Terezita Qonzalez Fraqa ilə görüşlər keçirib.
Məlumatda deyilir ki, görüşlərdə çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Qrup-77 çərçivəsində əməkdaşlıq məsələləri, o cümlədən beynəlxalq inkişafa yardım sahəsində iki ölkə arasında mümkün tərəfdaşlıq imkanları müzakirə edilib. **
V.Əliyev