Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev və Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov “KAMAZ” PSC və Gəncə Avtomobil Zavodunun iştirakı ilə yaradılan “Auto Leasinq Azerbaijan” servis mərkəzinin açılışında iştirak ediblər. Bu barədə Tatarıstan rəisinin saytı məlumat verir.
Servis mərkəzi Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında (Şərqi Zəngəzur iqtisadi rayonu) yaradılıb.
Mərkəz istənilən mürəkkəb təmir üçün nəzərdə tutulub. Xidmət zonası 12 postdan ibarətdir. Burada mühərriklərin təmiri üçün sahə və aqreqat sahəsi mövcuddur. Xidmət gücünün yalnız “KAMAZ» texnikasına xidmətə deyil, həm də digər brendlərə yönəltmək təklif olunur.
Əliyev açılış mərasimində mərkəzə tələbin həddən artıq çox olduğunu qeyd edib, çünki bölgədə genişmiqyaslı tikinti işləri aparılır və bura yüzlərlə texnika cəlb olunub.
Minnixanov öz növbəsində layihəyə şəxsi diqqətinə görə Əliyevə təşəkkür edib. **
V.Əliyev