Şənbə günü Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclasında Fondun 2022-2023-cü illərin büdcələrinə dair bir sıra qərarlar qəbul edilib.
“İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetinin mətbuat xidmətindənməlumat verilib ki, Azərbaycan Respublikasının baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin Azərbaycan prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.
Xəbər verildiyi kimi, yenilənmiş proqnozlara əsasən, ARDNF-nin büdcəsinin gəlirləri 16 milyard 337,5 milyon manat (təsdiq olunmuş proqnozdan 81,7% çox), xərcləri - 11 milyard 812,9 milyon manat (+4%) həcmində qiymətləndirilir.
ARDNF-nin 2023-cü il büdcəsinin profisiti 4 milyard 524,6 milyon manat məbləğində proqnozlaşdırılır.
ARDNF-in 2023-cü il büdcəsinin gəlirləri neftin bir barelinin orta qiyməti $60 (əvvəlki proqnoz $50) götürülməklə hesablanıb. **
R.Əhmədov