Azərbaycanda koronavirus infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 890-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 281 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 598 nəfər (sutka ərzində +2) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 11 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 915 (ötən gün 243 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 636 min 539 test aparılıb.**
V.Əliyev