ABŞ prezidenti Co Bayden jurnalistlərin Ukraynanın NATO-ya üzv olmaq yolunu asanlaşdıracaqmı sualına mənfi cavab verib.
"Xeyr. Çünki bu, eyni standartlara uyğun olmalıdır. Beləliklə, bunu sadəcə edə bilməyəcəyik", - Bayden izah edib. Şənbə günü Ağ Evin mətbuat xidməti prezidentin sözlərindən sitat gətirib.
Bayden həmçinin RF-nin taktiki nüvə silahının Belarusa göndərilməsini tənqid edib. "Mən bunu dəfələrlə şərh etmişəm. Bu tamamilə məsuliyyətsizdir", - ABŞ prezidenti bildirib. **