Ukraynada müharibəni dayandırmağın vaxtı gəlib. Bu barədə Cənubi Afrika Respublikası prezidenti Siril Ramafoza bəyan edib.
«Biz əminik ki, hər iki tərəfin danışıqlara başlamaq və bu müharibəni başa çatdırmağın vaxtı çatıb», - Ramafoza şənbə günü Rusiya prezidenti Vladimir Putinlə Ukrayna nizamlanması üzrə Afrika nümayəndə heyətinin üzvlərinin görüşündə bildirib.
«Bu müharibə dünyanın ən müxtəlif ölkələrinə qeyri-sabitlik və ziyan vurur», - CAR prezidenti əlavə edib. **