Rəsmi Bakı bazar günü Ermənistanın mövqelərinin guya müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə İrəvanın yaydığı bəyanatı növbəti yalan adlandırıb.
“İyunun 18-i saat 03:20-dən 04:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər və Şəmşəddin rayonları istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat növbəti yalandır, həqiqətə uyğun deyil”, - Müdafiə Nazirliyinin məlumatında deyilir
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - nazirlkdən bildiriblər. **
V.Əliyev