NATO-nun baş katibi Yens Stoltenberq Welt am Sonntag nəşrinə verdiyi müsahibədə bəyan edib ki, Ukraynanın danışıqlar mövqeyi onun nə qədər əraziyə nəzarət etməsindən asılı olacaq.
NATO rəhbəri razılaşıb ki, «bu müharibə sona çatmalıdır və danışıqlar yolu ilə sülh bərqərar olmalıdır», lakin onun fikrincə, sülh sazişi Rusiya tərəfindən zorla qəbul edilən saziş olmamalıdır, bu səbəbdən danışıqlardan oncə Ukrayna döyüş meydanında uğur qazanmalıdır.
«Ukrayna nə qədər çox işğal olunmuş əraziləri azad edə bilərsə, onun ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlar masasında bir o qədər çox xəritəsi olar», - Stoltenberg vurğulayıb.
Həmçinin, Stoltenberq bildirib ki, Ukrayna münaqişəsinin dondurulması və ya Rusiyanın şərtləri ilə sazişin qəbul edilməsi Ukraynada sülh anlamına gəlməyəcək. **
V.Əliyev