Azərbaycanda koronavirus infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 894-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 281 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 599 nəfər (sutka ərzində +1) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 470 (ötən gün 915 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 637 min 009 test aparılıb.**
V.Əliyev