Fövqəladə Hallar Nazirliyi (FHN) bazar günü Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində qarajda partlayış barədə məlumat verib.
“Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, - nazirliyin məlumatında deyilir.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı ümumi sahəsi 30 m² olan qarajda yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Nazirlikdən bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. **
V.Əliyev