2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 402,2 milyon manat ($236,6 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1,413 milyon ton sement (artım 0,1%), 11,1 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 37,6%), 24,9 min ton asfalt (azalma 22,9%), 228,2 min kubmetr tikinti kərpici (azalma 18,5%) və 3,923 milyon kvadratmetr tikinti şüşəsi (artım 29,7%) istehsal edilib.
Bundan başqa, 1,432 milyon ton sement klinkeri (artım 6,3%), 28,2 min ton tikinti gipsi (artım 2,2 dəfə), 1,445 milyon ton hazır beton qarışığı (artım 21,7%) və 25,3 min ton tikinti əhəngi (artım 56,2%) istehsal edilib.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.*
B.Rüstəmbəyov