Karbon emissiyalarının azaldılması ilə neft-qaz sektorunun inkişafı dayanıqlı enerji təhlükəsizliyi üçün vacibdir. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Bu yanaşma əsasında Azərbaycan, OPEC, digər ölkə və təşkilatların iştirakı ilə daha geniş platformada əməkdaşlığa ehtiyac var və biz neft bazarının sabitləşdirilməsi ilə bağlı səylərimizi bu istiqamətdə də inkişaf etdirməliyik”, - deyə energetika naziri bu gün Bakıda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays ilə görüşdə bildirib.
Söhbət zamanı Azərbaycanın OPEC Katibliyi ilə əlaqələrinin dərinləşdirilməsi, “OPEC plus” formatında əməkdaşlığın təşkilata üzv ölkələrlə Azərbaycanın “yaşıl enerji” sahəsində tərəfdaşlığa verdiyi töhfələrdən də bəhs edilib.*
B.Rüstəmbəyov