“Azərbaycan Dəmir Yolları” QSC (ADY) nizamnamə kapitalının artırılması üçün 2023-cü ildə dövlət büdcəsindən 71 milyon manat məbləğində vəsait alacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
ADY bu vəsaiti infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldəcək.
2021-ci ilin sonuna ADY-nin nizamnamə kapitalı 906,062 milyon manat məbləğində qiymətləndirilir.*
R.Əhmədov