Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-aprel ayında Azərbaycandan neft idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 11,7% - 6 milyon 855,593 min tonadək artırıblar.
Avropa İttifaqının Statistika İdarəsindən (Avrostat) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hesabat dövründə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri 4,202 milyard avro (ildən ilə azalma 0,4%) təşkil edib.
2023-cü ilin aprel ayında Aİ ölkələri Azərbaycandan 1,307 milyard avro dəyərində (artım 18,4%) 2 milyon 201,020 min ton neft (ildən ilə artım 56,4%) idxal edib.
Apreldə Azərbaycandan neft idxal edən Aİ ölkələrinin TOP-5-nə İtaliya (815,735 milyon avro dəyərində (artım 44,2%) 1 milyon 391,548 min ton (ildən ilə artım 2 dəfə)), İrlandiya (110,638 milyon avro dəyərində (bir il əvvəl tədarük olunmayıb) 177,624 min ton Çexiya (68,812 milyon avro dəyərində (artım 22%) 107,967 min ton (artım 1,5 dəfə)), Avstriya (82,583 milyon avro dəyərində (bir il əvvəl tədarük olunmayıb) 132,183 min ton və Yunanıstan (54,194 milyon avro dəyərində (bir il əvvəl tədarük olunmayıb) 94,395 min ton daxil olub.
Yanvar-aprel ayıarında İtaliya 2,18 milyard avro dəyərində 3 milyon 601,018 min ton neft, Çexiya – 398,705 milyon avro dəyərində 631,694 min ton neft, İrlandiya – 220,615 milyon avro dəyərində 352,322 min ton neft, Avstriya – 165,684 milyon avro dəyərində 271,315 min ton neft, Yunanıstan – 107,314 milyon avro dəyərində 181,673 min ton neft idxal edib.
Avrostatın son məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 105 milyon avro dəyərində (artım 66,9%) 19 milyon 740,164 min ton neft (2021-ci illə müqayisədə azalma 1,2%) idxal ediblər.**
R.Kərimov