Azərbaycan hökumıti 2023-cü ildə Laçın rayonunda infrastrukturun layihələndirilməsi, tikintisi və yenidənqurulması işlərinin maliyyələşdirilməsinə əlavə olaraq 250 milyon manat yönəldəcək.
“Bu vəsait dünən Azərbaycan prezidenti tərəfindən təsdiq olunmuş dövlət büdcəsinə dəyişikliklər çərçivəsində ayrılacaq , - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Qeyd olunan vəsait Laçın şəhərində, o cümlədən Laçın rayonunun kənd və qəsəbələrində inzibati binaların və digər infrastrukturun layihələndirilməsi, tikintisi və yenidənqurulmasına yönəldiləcək. **
R.Əhmədov