2023-cü ildə“Azərbaycan RespublikasınınKosmik Agentliyi(Azərkosmos)” publik hüquqi şəxs nizamnamə kapitalının artırılmasına dövlət büdcəsindən 103 milyon manat alacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2023-cü ilin əvvəlinə cəmiyyətin nizamnamə kapitalı 272 milyon 605,88 min manat təşkil edib.
"İlkin olaraq planlaşdırılırdı ki, “Azerkosmos” 2023-cü ildə nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 18 milyon manat alacaq. Lakin cari il üçün dövlət büdcəsində düzəlişlərə əsasən bu məbləğ 103 milyon manata çatdırılıb", - hökumətdən vurğulanıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir. **
B.Rüstəmbəyov