İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsinin hadisələrinin öyrənilməsi komissiyasında 2020-ci ilin noyabrında kapitulyasiya aktı imzalamasının səbəblərindən danışıb.
"Nə üçün mən 9 noyabr tarixli bəyanatı imzaladım? Burada Şuşanın süqutu prosesi dönüş rolunu oynayıb. Burada əsas məsələ Şuşanın süqutunun simvolik deyil, strateji dəyəridir", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Şuşa itiriləndən sonra Xankəndi zərbə altında ola bilərdi, qaçılmaz olaraq Xocavəndə təzyiq artacaqdı və ən əsası, təxminən 25 min erməni əsgəri mühasirədə olmaq təhlükəsi ilə üzləşəcəkdi.
Paşinyan əlavə edib ki, 9/10-da noyabr tarixli bəyanat müharibəni dayandırmaq üçün beşinci cəhd idi. **
İnformasiya şöbəsi