2022-ci ildə Azərbaycanda dövlət qulluqçularının sayı 40,1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Beləliklə, 2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1 min 785,1 manat təşkil edib.
2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olub ki, onların da 29,4%-ni qadınlar təşkil edir.
Dövlət qulluqçularının 7,9%-i 1 ilə qədər, 24,1%-i 1 ildən 5 ilə qədər, 22,9%-i 5 ildən 10 ilə qədər, 18,4%-i 10 ildən 15 ilə qədər, 26,7%-i isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 2,8%-ni 25 yaşı ötmür, 14,4%-ni 25-29 yaşda, 17,3%-ni 30-34 yaşda, 15,7%-ni 35-39 yaşda, 12%-ni 40-44 yaşda, 7,7%-ni – 50-54 yaşda, 9,3%-ni – 55-59 yaşda, 10% - 60-64 yaşda, 17%-ni - 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.**
B.Rüstəmbəyov