Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan neft məhsullarının idxalını 341 dəfə - 34,061 min tonadək artırıb.
Avrostatdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hesabat dövründə pul ifadəsində tədarük 563 dəfə - 21,964 milyon avroya qədər artıb.
Apreldə tədarükdə mühüm artım qeydə alınıb, Aİ ölkələri Azərbaycandan 15,958 milyon avro dəyərində 25,809 min tion neft məhsulları idxal edib. Hesabat ayında tədarükün böyük həcmi Yunanıstanın (9,584 milyon avro dəyərində 18,010 min ton) və Kiprin (6,334 milyon avro dəyərində 7,775 min ton) paylna düşüb. Həmçinin Bolqarıstan və Niderlanda kiçik həcmdə idxal həyata keçirilib. Bir il əvvəl yuxarıda qeyd olunan ölkələrə bu məhsul tədarük olunmayıb.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan neft məhsullarının idxalını 2021-ci illə müqayisədə 34,5% - 17,6 min tona qədər artırıb. Hesabat dövründə Aİ üzvləri bu məqsədlər üçün 15,189 milyon avro (il ərzində artım 2,3 dəfə) ayırıb.**
R.Kərimov