2020-ci ilin yanvar-may aylarında Azərbaycana 713 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, ölkəmizə gələnlərin 32,4%-i Rusiya Federasiyası, 20%-i Türkiyə, 8,1%-i İran, 5,2%-i Gürcüstan, 4,9%-i Hindistan, 2,3%-i Pakistan, 2,2%-i Pakistan, 2,2%-i Qazaxıstan, 2,1%-i BƏƏ, 2%-i Səudiyyə Ərəbistanı, 1,9%-i Özbəkistan, 1,6%-i Belarus, 1,5%-i Ukrayna, 1,3 faizi hər birindən Böyük Britaniya və Türkmənistan, 1,2%-i Küveyt 12%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 74.1%-ni kişilər, 25,9%-ni qadınlar təşkil edib.
Statsitik məlumatlara əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə MDB ölkələrindən Azərbaycana turist axını 2 dəfə - 296,6 min nəfərədək artıb, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə - 38 min nəfərədək, Fars körfəzi ölkələrindən gələnlərin sayı 4,5% dəfə azalaraq 103,1 min nəfər olub.
Yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 19,5% artaraq 633,6 min nəfər olub. Rusiyaya səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana – 36,5% artıb, İrana və Türkiyəyə 29,1% və 0,4% azalıb.
Ümumilikdə, Azərbaycan vətəndaşlarının 39%-i Türkiyə, 24,3%-i – Rusiya, 9,4%-i - Gürcüstan, 7,9%-i – İran və 19,4%-i digər ölkələrə səfər ediblər. Gedənlərin 69,5%-ni kişilər, 30,5%-ni qadınlar təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycana səfər edən 178 ölkə vətəndaşının sayı 1 milyon 602,3 min nəfər təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 2 dəfə çoxdur.
2022-ci ildə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə - 1 milyon 489,5 min nəfərədək artıb. **
R.Kərimov