Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov çərşənbə axşamı Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda ilə görüşüb.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Kazımovun Twitter hesabında paylaşımına istinadən məlumat verir.
"Bu gün ölkəmizdə səfərdə olan Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda ilə görüşdük”, - Kazımov qeyd edib.
O əlavə edib ki, görüş zamanı AMB və Tacikistan Milli Bankı arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə