Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı Ermənistan silahlı qüvvələri tərəfindən iki dövlətin sərhədində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat verib.
“İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi (Azərbaycan-Ermənistan sərhədində - İF-Az) istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd ediblər, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Xəbər verildiyi kimi, cari həftə Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə məlumat verib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən sərhədin bu istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. **
B.Rüstəmbəyov