Londonda keçirilən Azərbaycan - Birləşmiş Krallıq Strateji Dialoqu çərçivəsində ikitərəfli gündəliyə dair məsələlər və regional təhlükəsizlik sahəsində vəziyyət müzakirə olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Tərəflər ikitərəfli gündəliyə dair məsələlərin geniş spektrini və regional təhlükəsizlik sahəsində vəziyyəti müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Strateji Dialoqun iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini Leo Dokerti iştirak ediblər.
Bayramov “Twitter” hesabında yazıb ki, “tərəflər sıx əməkdaşlığın vacibliyini müzakirə ediblər”. O, həmçinin qeyd edib ki, Azərbaycan və Böyük Britaniya ticarət, enerji və təhlükəsizlik sahələrində tərəfdaşlıq münasibətləri qurub.
Öz növbəsində, Dokerti görüşdən sonra “Twitter” hesabında yazıb ki, “Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübarizə aparır. O, təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində daha sıx əməkdaşlığa ümid etdiyini deyib.*
R.Kərimov