Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9% səviyyəsində saxlayıb.
AMB-nin məlumatında deyilir ki, faiz dəhlizinin aşağı həddi 7.5%, yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.
Bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.
Bu qərar 22 iyun 2023-cü il tarixindən qüvvəyə minir.
AMB bundan əvvəl ardıcıl olaraq beş dəfə, sonuncu dəfə isə 2023-cü il mayın 4-dən uçot dərəcəsini 25 baza bəndi – 9%-ə qədər artırıb.
Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il iyul ayının 26-da açıqlanacaq.*
R.Əhmədov