Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Bakının Binəqədi qəsəbəsi və Lənkəran şəhərində inşa edilən yaşayış komplekslərinin ərazilərində yolların və kommunal infrastrukturun tikintisi ilə əlaqədar podratçılar seçir.
Açıq tender aşağıdakı lotlar üzrə keçirilir: Lot-1 - Binəqədi yaşayış kompleksində sahəxarici və sahədaxili elektrik enerjisi təminatı; Lot-2 - Binəqədi yaşayış kompleksində sahədaxili su-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi, Lənkəran yaşayış kompleksində sahəxarici kanalizasiya şəbəkəsinin tikintisi; Lot-3 - Binəqədi yaşayış kompleksində ərazinin tikintiyə hazırlanması, şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma və ərazinin yaşıllaşdırılması.
Hər bir lot üzrə iştirak haqqı 1000 manatdır.
Telefon: (+99412) 594-54-01, daxili 239, əlaqələndirici şəxs – Vüqar Əliyev. E-mail: vugar.aliyev@mida.gov.az.
Tender təklifləri 8 avqust saat 17:00-a qədər qəbul olunur. Tender təklifi zərfləri 9 avqust saat 15:00-da açılacaq.
Xəbər verildiyi kimi, “MİDA” MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində və Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində yaşayış komplekslərinin tikintisini planlaşdırır.*
N.Abbasova