Beynəlxalq Enerji Agentliyi (BEA) 2024-2025-ci illərdə Azərbaycanda gündəlik neft hasilatının 570 min barelə qədər artacağını proqnozlaşdırır.
BEA-dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Enerji Agentliyi 2023-cü ildə Azərbaycanda gündəlik neft hasilatının 520 min barel təşkil edəcəyini proqnozlaşdırır. 2024-cü ildə hasilat 560 min barelə, 2025-ci ildə 570 min barelə qədər artacaq.
BEA-nın qiymətləndirmələrinə görə, 2026-cı ildən başlayaraq Azərbaycanda neft hasilatı yenidən azalacaq və 2028-ci ildə 2023-cü ildəki səviyyəyə enəcək: 2026-cı ildə 550 min barel, 2027-ci ildə 530 min barel, 2028-ci ildə 520 min barel.*
R.Kərimov