SOCAR ortamüddətli planlaşdırma üçün cari neft qiymətlərini qənaətbəxş hesab edir. Bunu şirkətin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
“Biz müxtəlif, o cümlədən xeyli aşağı qiymət şəraitində uğurla işləmişik. Buna görə də neftin indiki qiymətləri ortamüddətli planlaşdırma nöqteyi-nəzərindən bizi tam qane edir”, - deyə o bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Bəylərbəyov “S&P Global Commodity Insights”a müsahibəsində əlavə edib ki, bu yaxınlarda qiymətlərin ucuzlaşmasına baxmayaraq, neftin qiymətində artım gözləyir. “Qiymətlərin ucuzlaşacağına inanmıram. Asiyada və Qərb ölkələrində, ilk növbədə, ABŞ-da tələbin azalmasının qiymətlərə təsir edəcəyi halda isə vəziyyət dəyişə bilər”, - deyə vitse-prezidentin müavini qeyd edib.*
N.Abbasova