Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə ATƏT çərçivəsində əməkdaşlığı və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
“Biz ikitərəfli gündəliyi (Azərbaycan-Şimali Makedoniya – İF), ATƏT çərçivəsində əməkdaşlığı, eləcə də regionumuzdakı münaqişədən sonrakı vəziyyəti müzakirə etdik”, - deyə Bayramov “Twitter”də yazıb.
XİN başçısı qeyd edib ki, görüş Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində baş tutub.*
R.Kərimov