ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iqtisadi və enerji əməkdaşlığını müzakirə edib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla fikir mübadiləsi apardım. Şimali Makedoniyanın ATƏT-də sədrliyi ilə bağlı məsələlər, Cənubi Qafqaz regionu, ikitərəfli əlaqələr, iqtisadi və enerji əməkdaşlığı əsas müzakirə mövzuları olub”, - deyə Osmani bu gün “Twitter”də yazıb.*
R.Kərimov