Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyanın sədri təyin edilib.
6 nəfərdən ibarət komissiyanın tərkibinə Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, eləcə də Nazirlər Kabinetinin nümayəndəsi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Komissiyaya monitorinqin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.*
B.Rüstəmbəyov