Bakı Ukrayna böhranının bu ölkənin suverenliyi və ərazi bütövlüyü əsasında tezliklə nizamlanmasının tərəfdarıdır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Londonda keçirilən Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.
XİN-in məlumatına görə, Bayramov hesab edir ki, mülki əhalinin əzablarını yüngülləşdirmək üçün tədbirlər görülməlidir.
O qeyd edib ki, Azərbaycan tərəfindən Ukraynadan olan 100 uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib, “ilin sonuna qədər bu rəqəmin iki dəfə artırılmasını planlaşdırırıq”.
XİN başçısı, həmçinin bildirib ki, Azərbaycan mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir.*
Xəbərlər şöbəsi