ABŞ «tezliklə» Vaşinqtonda Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsinə ümid edir. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Vedant Patel brifinqdə bəyan edib.
«Biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik və yaxın gələcəkdə danışıqların (Bakı ilə İrəvan arasında - İF) növbəti raundunun keçirilməsini səbirsizliklə gözləyirik», - Patel çərşənbə günü keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünün Vaşinqtonda keçirilməsi gözlənilir.
Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, «birbaşa dialoq problemlərin həlli və davamlı və layiqli sülhə nail olmağın açarıdır». **
R.Kərimov