Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan gələn həftə Vaşinqtonda danışıqlar aparacaqlar. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
«Gələn həftə Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü keçiriləcək», - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Paşinyan həmçinin bildirib ki, Ermənistan Azərbaycana sərhədin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsini təklif edib və «iclasın keçirilməsi barədə prinsipial razılaşma var». **