İyunun 26-da Avropa İttifaqının(Aİ)Xarici İşlər Şurası Lüksemburqda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesi üzrə məlumatı dinləyəcək.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, iclasın ilkin gündəliyinə əsasən, Aİ ölkələrinin XİN başçıları həmçinin Ukrayna ətrafında vəziyyəti müzakirə edəcəklər, 17-18 iyul 2023-cü ildə keçirilməsi planlaşdırılan Aİ-Latın Amerikası və Karib hövzəsi dövlətləri Birliyinin (CELAC) sammiti ərəfəsində Avropa İttifaqı ilə Latın Amerikası və Karib hövzəsi dövlətləri arasında münasibətlərə dair fikir mübadiləsi aparaqlar. **