Böyük Britaniyanın XİN başçısı Ceyms Kleverli hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi əlçatan həddədir.
“Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir. Tarixi sülh sazişi (Bakı ilə İrəvan arasında - İF) əlçatan həddədir”, - Kleverli cümə axşamı Twitter hesabında yazıb.
O, həmçinin Ukraynaya humanitar yardım üçün azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.
Xəbər verldiyi kimi, çərşənbə günü Azərbaycan və Böyük Britaniya XİN başçıları Ceyhun Bayramov və Ceyms Kleverli arasında görüş baş tutub. Görüşdə nazirlər Bakı ilə London arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. **
R.Kərimov