İyunun 22-nə Azərbaycanda artıq 1 milyon 94,974 min ton taxıl yığılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, sahələrdən 728937 ton arpa, 366037 ton buğda yığılıb.
Hazırda orta məhsuldarlıq arpa üzrə 30.2 sentner, buğda üzrə isə 34.4 sentner təşkil edir.
“Artıq payızlıq əkin sahələrinin 33%-də biçin başa çatıb”, - nazirlikdən vurğulanıb.
KTN-dən bildirilir ki, hazırda biçin prosesinə 1 447 kombayn cəlb olunub.
Bu il ölkə ərazisində 1058398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 40%-i arpa, 60%-i buğda sahəsidir. **
B.Rüstəmbəyov